Məşhur ulduzlarımız çimərlik geyimində səhnəyə çıxacaqlar
03 iyun 2010 14:00 (UTC +04:00)

Məşhur ulduzlarımız çimərlik geyimində səhnəyə çıxacaqlar

Azərbaycanda ilk dəfə ulduz xanımların iştirakı ilə gözəllik yarışması keçiriləcək. “Miss-star” adlanın layihənin rəhbəri və quruluşçu rejissoru Nail Naiboğlu və Pərviz Oqtayoğludur. Bu barədə Lent.az-a N. Naiboğlunun özü məlumat verib. O, bildirib ki, bir ildir layihə üzərində böyük heyət çalışır. Tədbirə bir neçə həftə qalmış bu barədə danışmaq qərarına gəlib: “Layihəyə iyunun son günləri start veriləcək. Hər zaman səhnədə görməyə alışdığımız və gözəllikləri ilə biri-birinin bəhsinə girən sənətçilər bu dəfə bizim layihədə yarışacaqlar. “Miss-star”da müğənnilər, aktrisalar, rəqqasələr, stilistlər, modelyerlər və mətbuat nümayəndələri iştirak edəcəklər”.
N.Naiboğlu bildirib ki, ən yaraşıqlı iştirakçıları sənətçi kişilərdən ibarət münsiflər heyəti qiymətləndirəcəklər: “Hazırda layihənin dekorasiya işləri görülür. Onu da qeyd edim ki, yarışmanın qanunlarına əsasən, xanım ulduzlar çimərlik geyimlərində də çıxış edəcəklər. İnanıram ki, bu, şou-biznes səhnəsinə yeni dalğa gətirəcək və seviləcək”
Nəzrin
# 524

Oxşar yazılar