“Eurovision” təmsilçisinə bağışladığı qızıl azərbaycanlı bəstəkara baha başa gəlib
Ötən il Türkiyəni “Eurovision” Mahnı Müsabiqəsində təmsil edən Hadisə ilə birlikdə “Follow my way” layihəsi üzərində işləyən bəstəkar Emil Şahin türk müğənnisinə bağışladığı qızıl boyunbağının dedi-qodusuna tuş gəlib.
Türkiyə jurnalistləri müğənnidən boynundakı açar medalyonlu qızıl boyunbağının kim tərəfindən hədiyyə edildiyini soruşduqda, Hadisə “Azərbaycanlı bəstəkarın hədiyyəsidir. Anası və bacısı da mənimlə görüşüblər. Çox gözəl insanlardır”, - deyə cavab verib.
Bəstəkar Emil Şahin Lent.az-a açıqlamasında anası ilə bacısının türk qızına elçi düşməsini təkzib edib, lakin eyhamsız da ötüşməyib: “Hadisə ilə böyük bir layihə üzərində işləyirik. Hadisə gözəlliyi ilə milyonlarla tamaşaçının ürəyini fəth edə bilibsə, mənim ona vurulmağım heç kimə təəccüblü gəlməz. Bəli, mən bu qızın gözəlliyinin və ifasının vurğunuyam”.
Bəstəkarın ən böyük arzusu musiqilərinin Avropa ölkələrində tanınmasıdır: “Bu layihəni Hadisənin köməyi ilə Avropaya çıxarmaq istəyirəm. Hadisə Avropa ölkələrində tanınır, sevilir. Çünki Hadisə türk qızı olsa da Belçikada yaşayır”.
Lalə Yusifqızı

779