Röya: “Hirslənib balkondan başına pomidor tullayırdım” - MÜSAHİBƏ
Müğənni Röyanın Lent.az-a müsahibəsi
- Cəmiyyətdə nüfuzu və söz haqqı olan şəxslərdən biri ötənlərdə sənin haqqında kifayət qədər maraqlı bir fikir işlətdi: dedi, mənim üçün Röya Zeynəb Xanlarova və Şövkət Ələkbərovadan da üstündü, çünki onları Sovet dövləti yetişdirdi, Röya isə özü özünü yaratdı. Sənə iki sual birdən: bu belədirmi? Əgər bu fikirlə razısansa, etdiyini dərk edirsənmi?
- Bunu bir dəfə artıq səhər proqramlarını birində çıxıb demişəm. Konsertlərimin birində bir qoca kişi yaşlı qadınla mənə yaxınlaşmaq istəyirdi, kişini isə mənə tərəf buraxmırdılar. O da dedi ki, ay bala mən ona nə edə bilərəm, bilet alıb konsertə gələn adam ona neyləyəcək ki? Bağlı pərdə arxasından eşidib dedim, buraxın da onları... Kişi mənə dedi ki, “istəyirəm biləsən, o yaşlarımızda bəlkə buna imkan yox idi, bu gün sənin konsertindən çıxandan sonra həyat yoldaşımla parkda gəzib yaşamaq istəyirəm. Sən Şövkətdən sonra ikinci sevdiyim müğənnisən. Tək mən yox, ətrafımızdakı yaşlı insanlar da sənin haqqında belə düşünür”. Bu söz 2005-ci ildə deyilmişdi, dedi sənin səsində yanğı var... Efirdə dedim və bu sözə görə düz iki il aləm bir-birinə dəydi. Hamı ağzına gələni dedi ki, utanmır, çıxıb efirdə bunu deyir! Ona görə də sənin sualına bir cavab verim ki, bu mənim üçün qəşəng sözdür, adam belə yaxşı sözlər eşidəndə gedib dostlarının arasında müzakirə etmək istəyir ki, mənə bunu dedilər. Haqqımda eşitdiyim ikinci ən sevimli sözdür. Bu sözü kimin deyə biləcəyini təxmin edirəm, o insan mənim bütün əziyyətimi görüb. Ona görə bu sözü deyir.
- 2005-ci ildə eşitdiyin həmin fikir içində iddia yarada bildimi?
- Yox, nə danışırsan, bu sözü eşitməyimə peşman olmuşdum. Sən bu sözü dedin, o biri söz yadıma düşdü. (Gülür).
- Sonra sən də bəzi xalq artistləri kimi deməyəcəksən ki, gənc nəsil mənim əziyyətlə əldə etdiklərimi asanlıqla əldə edir. Sualı ona görə sənə verirəm ki, hazırda gənc nəsillə orta nəslin qarşıdurması deyəndə ilk ağla gələn sən olursan.
- Elə bilirsən mən hər şeyi asan əldə edə bildim? 2002-ci ildə mahnımı radiolara verdim. mahnım səslənmirdi, soruşurdum niyə vermirsiniz? Deyirdilər, səviyyəmizə uyğun deyil. İndi mən hirslənim ki, mən asan əldə edə bilmədim, o niyə asan əldə etdi? Hər vaxtın də öz əziyyəti var axı! Mən Aygün Kazımovanın, digərlərinin getdiyi yola baxanda, fikirləşirəm ki, onların da öz zəmanəsi var. Üç nəfər adam üçün oxuyublar, nədi-nədi, bunları harasa aparsınlar. Mən də onun başqa cür əziyyətini yaşamışam. Hamı bir “dvijeniya”da yaşamır ki, həyatda. O pul verənlər də bir neçə günlükdür. Sonra hamısı itir-batır. İndi sənə bir söz deyim, qız var, Ceyla... təzə çıxıb, onu bəstəkarın evində görmüşəm, mən də orda idim, bəstəkar soruşur ki, nə oxuyarsan? Deyir ki, Röyanın mahnısını... “Qovuşmaz” mahnımı oxudu. Hiss elədim ki, qızın səsi başqadı, özünü boğub mənim kimi oxumağa çalışır. Ramalın üzünə baxdım, özüm utanıram deməyə ki, mən deyəndə pis qəbul edəcək. Ramal soruşdu ki, olarmı öz səsinlə klassika oxuyasan? Deyir, mən öz səsimlə oxuyuram da. Ramal cavab verdi ki, yox, sən öz səsinlə oxumursan, Röyanın səsi ilə oxuyursan. Qız bilirsən neylədi? Çöndü hamıya baxdı, soruşdu Röya kimdi ki?.. Mən də baxdım, üzünə dedim, hə... sən hansısa pilləyə qədər sözünü deyəcəksən, ondan sonra sadəcə, itəcəksən... Evdə oturmuşuq e, yanımda bir neçə nəfər... Soruşdum, sənin neçə yaşın var, dedi 14... Dedim, mənə tərbiyəsiz deyirlər, mən nə eləmişəm 22-23 yaşımdan sonra eləmişəm. 14 yaşında mən qonşumuzun dalınca düşüb pirojki satırdım, almayanda hirslənib balkondan başına pomidor tullayırdım. 19 yaşımda siqaret çəkdiyim yerdə gördüm Zülfiyyə Xanbabayeva ilə Aygün Kazımova studiyaya girdilər, siqareti əlimin içində söndürdüm. İndiyədək belə davam edir. Bir məclisdə oturmuşuq, gördüm Zülfiyyə Xanbabayeva da bizimlə üz-üzə oturub. Mənə siqaret uzatdılar, tulladım yerə, Emin Musəvi soruşdu ki, sən onun yanında siqaret çəkmirsən? Deyirəm ki, yox. Deyir, ömrümdə inanmazdım ki, sənin kimi həşərat belə şeylərə fikir verəcək. Amma bu qız bir dəqiqənin içində mənə dedi ki, Röya kimdi? Ona görə də deyirəm ki, onlar hamısı gəldi-gedərlərdir, özüm ölüm! İndiyə kimi hansı konsertdə görürəmsə Aygün girir otağa, deyirəm salam! Hərdən salam alır, hərdən almır. Mənə deyirlər, səviyyəsizsən e, ürəyi istəmir də, salamlaşmaq. Hərdən də məclisə girən kimi heç yana baxmıram, mikrofonu alıram, oxuyuram, sonradan yadıma düşür ki, filan müğənni ilə salamlaşmadım, sonradan SMS yazıram ki, “sən Allah, bağışla, fikirli oldum, görmədim”.
Əziyyəti hamı çəkib, mən necə kiməsə deyə bilərəm ki, mən hamıdan çox əziyyət çəkmişəm?
- Eşitdim, sənətdə səni üstələyə bilməyən həmkarların həyat yoldaşını sənə qarşı silah kimi işlətmək fikrindədirlər. Onunla münasibət qurmaq istəyirlər.
- (Gülür) Olan şeylərdir. Normaldır, hər qadın bir cür düşünür. Bilmirəm e, niyə belə düşünürlər? Hərdən mən Anara sataşıram, deyirəm ki, Anar onlara sənə yox, atanın puluna girişir.
- Bəlkə Anara yox, elə Röyaya girişirlər, səni yerə vurmaq üçün? Ümumiyyətlə, belə bir qorxun varmı? Bir qadın səni üstələyə bilmədi, ikincinin də cəhdi boş çıxdı, üçüncü güclü ola bilər?
- Anar hirslənir belə söhbət mətbuata yayılanda. Deyir, bu nə çirkin söhbətlərdir ki, mətbuata çıxır? Deyirəm ki, olan söhbətlərdir, o adamın yadına salıram! Axşam səninlə dalaşıram, səhər o adam zəng vurur deyir ki, gedək səninlə çörək yeməyə. Tutulub axı! Yuxuluyam, yatmışam, onun qızla danışmağından başa düşdüm ki, bu qadınla danışır. Özünü itirdi, mən də yuxulu üzünə baxıram, bir də gördüm ağarıb. “Hə, gedərik yeməyə, Röya da burdadı...” O deyir, sən evdəsən?! Hə, yaxşı, sağ ol, sonra zəng vuraram”. İki gün keçir, görürəm o adam zəng vurub köməkçimə, oturublar maşına, bir xeyli dəniz qırağında yol gediblər bütün məlumatları yığmaq üçün, axırda köməkçim deyib onlar bir-birlərini sevirlər, dərinə getmə. “Hə, yaxşı, oldu, sağ ol...”
- Yaxşı, sənətlə səni yerə vura bilməzlər, şəxsi həyatına toxuna bilməzlər, hardan toxuna bilərlər?
- Bunlar çox çirkini şeylərdir. Mənim balam var, dərinə getmək istəmirəm. Yaxşı adam heç vaxt belə şey etməz. Düzdü, mənim Lalənin, Samirənin (müğənniləri nəzərdə tutur-L.Y) əri ilə zarafatım var. Amma belə pis mənada dərinə gedəndə, inanmıram. Bax indi sən deyəndən sonra başa düşdüm ki, bu məni vurmaq üçün bir addım da ola bilər. Fikirləşirdim ki, yəqin pula görə edirlər, kimsə ev, maşın aldırmaq fikrindədir. Anara demişəm özümü öldürərəm, o qədər yetimimiz var ki, alansan, elə onlara al.
- Bu qədər özündən əminsən?
- Əminəm, doğrudan əminəm. Anar subay oğlan olmayıb axı, boşanmış oğlan olub, hansısa yolu keçib, ata olub. Bunların hamısı kişi üçün böyük stressdir. Onun da həyatını vərəqləyəndə görürsən ki, onlar da indiki vəziyyətə gəlib çatana qədər nə yollar keçiblər. Baxırsan ki, həyatının yarısını keçmiş oğlandı, heç vaxt səhv etməz.
- Demisən ki, Anarın ailəsi ilə bizim ailəmizin bir yerdə olmağı heç vaxt mümkün olmayacaq. Niyə?
- Nə bilim, mən belə fikirləşirəm. Baxmayaraq ki, bunu demişəm, lakin münasibətləri görürəm, qorxudur məni.
- Kompleksin var?
- Kompleksdən də əlavə, mən kasıb ailənin qızı olmuşam, fikirləşirdim ki, birdən mənim valideynlərimə nəsə deyərlər, onların xətrinə dəyər. İndi baxıram, görürəm ki, onlar üçün də vacibdir ki, oğlu xoşbəxt olsun. Onlar haradasa bir-birlərinin ayağını tapdalamırlar. Yaşadıqca görürsən ki, hardasa onlar da bu yolu keçiblər. Onlar yeyib-içib, söhbət edirlər və deyirlər ki, bizdə də bu olub, o olub... Görürəm, get-gedə dil tapırlar. Bir il bundan öncə ağlagəlməz bir şey idi. Mənim anam bir cür, onun anası başqa cür. İndi düşünürəm ki, Allah insanları birləşdirəndə yazını da yavaş-yavaş yazır.
- Müsahibədən əvvəl dedin ki, atam və anam ayrı dünyanın adamları olduğu üçün axıra qədər davam gətirə bilmədilər. Elə indi də ortaq cəhətləriniz olsa da, etiraf edirsən ki, fərqli insanlarsınız.
- Yox, burda qudaların fərqliliyəndən danışıram. Bu ayrı söhbətdir.
- Onların münasibəti sizə mütləq təsir edir axı.
- Əlbəttə, təsir edir. Amma mən buna imkan yaratmıram. 15-16 yaşımdan anama deyirdim ki, mən ərə gedəndə heç vaxt evimə gəlib-getməyin. Gözlükdən də baxanda görsəm sizsiniz, qapını açmayacam. Anam da deyirdi hələ bax gör, sənin evinə gəlib-gedəcəm? Mən bu şeylərdən uzağam. İldə bir dəfə mənim evimə gələ bilər, amma konturunu vuraram, problemini həll edərəm. Toyunu edərəm, nişan üzüyünü alaram. İldə bir dəfə mənim evimə gələ bilərlər. Onlarda da var, özüm yaratmışam bu münasibəti. Çox sıxlıq münasibətin pozulmasına gətirib çıxarır. Bir saat görüşmələri kifayətdir. Yoxsa söhbət uzansın, Anar desin niyə sənin anan belə dedi, mən deyim sənin atan niyə mənim atama onu dedi... Bunlar hamısı bütün insanların həyatında var. həmişə xalam qızlarına da deyirəm, elə şərait yaratmayın ki, qudalar çox yaxın olsunlar. Axır əvvəl oğul anası söz deyən olur. Hər bir halda qız anasının da xətrinə dəyir və bu söz-söhbət iki gəncin soyuqluğuna gətirib çıxarır. Kim ayrılır, kim gic olur? İki sevən...
- Uşağı kim yaxşı tərbiyə edir?
- Mənə inanmayacaqsan. Özüm edirəm.
- Niyə, Anara etibar eləmirsən?
- Anar səhər çıxır, axşam gəlir. Övladın tərbiyəsi birinci anadan asılıdır. Vallah! Hərdən Anarın anası ilə danışanda yaxşı mənada deyirəm ki, sən onlara necə tərbiyə vermisən? Dostlarımı görürəm, həmin səviyyənin adamlarını, onların gəzməklərini, danışdıqları ifadələrini, üç qardaşa da baxıram, ürəyim gedir. Anası deyir elə bilirsən atası edib? Hamısı mənim əlimdədi. Lazım gələndə üç oğlana qab da yuduzdurmuşam, paltar da yuyublar, ev də siliblər. Mənim üçün kömək olmalıdılar. Qusik (oğlunu nəzərdə tutur-L.Y) hərdən özünü pis aparanda acıqlanıram ki, sən özünü pis aparırsan. Anar deyir qışqırma mənim uşağımın üstünə, deyirəm sənin işin olmasın, bizim işimiz elədir ki, onu istər-istəməz qudurdacağıq. Çox vaxt evdə tapılmırıq, nə istəyir, onu da alacağıq. Nəyə əlini uzadır, onu da edirik. Ona “olmaz” sözünü öyrətmək lazımdır axı!
Lalə Yusifqızı

1283