Nahid Emiloğludan cavab: “Faiq Ağayevin konsertini  mən təxirə saldım”
01 iyun 2010 14:45 (UTC +04:00)

Nahid Emiloğludan cavab: “Faiq Ağayevin konsertini mən təxirə saldım”

Xalq artisti Faiq Ağayevin 6-9 iyun 2010-cu il tarixlərində Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan “F.A made in Azərbaycan” adlı solo konserti təxirə salınıb. F.Ağayevin mətbuat xidmətinin məlumatında buna səbəb kimi, onu təşkil etməyə təşəbbüs göstərən MAB-ın rəhbəri, konsert təşkilatçısı Nahid Emiloğlunun “anlamsız fəaliyyətsizliyi, etinasızlığı və hazırlıqsızlığı” göstərilir.

Açıqlamaya görə, konsertə sayılmış günlərin qaldığı bir vaxtda böyük, məsuliyyətli, mühüm bir konsert layihəsinin TV reklamı əhəmiyyətsiz, cüzi, açıqcası yox səviyyəsindədir, əvvəlcədən ödənişi mütləq olan vacib məbləğlərin heç biri, o cümlədən H.Əliyev Sarayının icarə haqqı, hələ də həyata keçirilməyib, təşkilatçının bütün telefonları işlək vəziyyətdə olsa da, özü əlaqə dairəsi xaricindədir.

Konsert təşkilatçısı Nahid Emiloğlu iddialarla bağlı Lent.az-a açıqlama verib. Təşkilatçı bildirib ki, 4 gündür efirdə getməyən reklamın dayandırılmasının səbəbkarı özüdür, Heydər Əliyev adına Saraya icarə haqqının ödənilməsinə hələ vaxt var, lakin bununla yanaşı, o, bu konserti həyata keçirməkdən imtina edib: “Bu, Faiq Ağayevlə şəxsi münasibətin korlanması anlamına gəlmir. Öz səbəblərim var, bunun açıqlamaq istəmirəm”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar