Səfurə Əlizadə karyerasını İsveçdə davam etdirəcək
“Eurovision-2010” Mahnı müsabiqəsindəki təmsilçimiz Səfurə Əlizadə 31 mayda Bakıya qayıdıb. Lent.az-ın məlumatına görə, müğənni Heydər Əliyev adına hava limanında jurnalistlərin suallarını cavablandırıb. Səfurə Bakıya 10 günlük gəldiyini deyib: “Mən bura 10 günlük gəlmişəm. İsveçə gedirəm, iyunun 18-də albomum çıxacaq. Açılış Almaniyada olacaq”.
Müğənni Bakıda da albomunu təqdim edəcəyini deyib: “Təqdimat Bakıda da olacaq. İsveçdə işləyəcəyəm, amma bura da gələcəyəm”.
Lalə Yusifqızı
Müğənni Bakıda da albomunu təqdim edəcəyini deyib: “Təqdimat Bakıda da olacaq. İsveçdə işləyəcəyəm, amma bura da gələcəyəm”.
Lalə Yusifqızı
481