Dramatizm, ipəyə və bayrağa bürünənlər, seksual mələklər...
27 may 2010 12:00 (UTC +04:00)

Dramatizm, ipəyə və bayrağa bürünənlər, seksual mələklər...

~Bu gün “Eurovision-2010” Mahnı Müsabiqəsinin ikinci yarımfinal günüdür. Yenə də şıqlıq, zövq və rənglər musiqiyə qarışıb, mübarizə aparacaq, “kim daha yaxşıdır” iddiası nümayiş olunacaq. İkinci yarımfinalın iştirakçıları birinci yarımfinalda çıxış edən ifaçılardan daha cəsarətlidir.

Məsələn, Litvalı İnculto hesab edir ki, müsabiqə gecəsi geyinəcəkləri şalvar emosiya saçır, onları xüsusilə qadınlar daha çox bəyənir.

Danimarka iştirakçıları dramatik rəngli tünd göy və qara rəngə üstünlük veriblər, bu rəngdə onlar özlərini daha rahat hiss edirlər. İsveçrəli ifaçı isə bu gün ipəklərə bürünəcək.

Təmsilçimiz Səfurə Əlizadənin geyimi mahnısının emosiyalarını təcəssüm etdirir. Mahnı süzülən göz yaşının hekayətidir, Səfurənin geyimi üzərində o göz yaşları sanki üzüaşağı süzülür və damcılanır.

Gürcü gözəli Sofa gürcü bayrağı rəngində səhnədə görünəcək.

Hollandiyalı iştirakçının geyimi yox, yanındakı kuklalar cəlbedici olacaq, bunu o özü etiraf edib.

Bolqarıstanlı Mironun geyimi də açıqlamaları qədər iddialıdır, o deyir ki, bizim çıxışımızda seksual mələklər olacaq...

Türkiyənin “Manga” qrupu bolluq içində üzür, onlar hər məşqə bir geyimlə çıxırlar.

Lent.az müsabiqənin rəsmi saytına istinadən geyimləri təqdim edir.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar