Rövşən Civişov “Discovery” müsabiqəsinin ən yüksək ödülünü qazandı
Gənc müğənni Rövşən Civişov mayın 15 və 16-da Bolqarıstanda keçirilən “Discovery” beynəlxalq müsabiqəsində Azərbaycanı layiqincə təmsil edib. Bu barədə Lent.az-a Rövşən Civişov özü məlumat verib. Bildirib ki, 19 ildir keçirilən bu müsabiqənin final mərhələləri Bolqarıstan Opera və Balet Teatrında baş tutub. Finala 21 ölkə keçib.
Azərbaycan 6-cı nömrə altında çıxış edib: “Mən ora prodüser, müğənni və mənim bu müsabiqədə iştirakımın təşəbbüsçüsü Emin Həsənilə birgə getmişdim. Çıxışlardan əvvəl bütün təmsilçilər səhnəyə öz ölkələrinin simvolları ilə çıxırdılar və özləri haqqında məlumat verirdilər. Mən də bir əlimdə Azərbaycan bayrağı, o biri əlimdə Qız qalası suvenirilə səhnəyə gəldim. Digər ölkə təmsilçilərindən fərqli olaraq çıxışımı doğma Azərbaycan dilində dedim. Sonra hər ölkə öz mahnısını ifa etməyə başladı. Finalın birinci günü dünya hitlərinə həsr olunmuşdu. Mən də “Ruh” filmindən məşhur parçanı səsləndirdim. Elə ilk dəqiqədən də çıxışım çox bəyənildi”.
Rövşən Civişovun sözlərinə görə, ikinci gün hər yarışçı öz mahnısını səsləndirib. O, isə musiqisi Camal Cana, sözləri Esmiraldaya, aranjemanı Azad Vəliyevə məxsus “Bəxt ulduzum” mahnısını ifa edib. Muğam hissəsini isə qavalla oxuyub: “Bu ifam da olduqca bəyənildi və sürəkli alqışlarla qarşılandı. Qeyd edim ki, bu, SMS yox, səs, sənət, performans yarışması idi. Mükafatçıları münsiflər heyəti seçirdi. Münsiflər heyətinin tərkibində isə müxtəlif ölkələrin məşhur musiqişünasları təmsil olunurdu. Sezen Aksunun bəstəkarı Cihan Sezer və Meltem xanım da də münsiflər arasındaydı. Onların qərarı ilə Rumıniya birinci yerə çıxdı. Mənsə müsabiqənin ən yüksək ödülünü qazandım. Bütün iştirakçılar diplom, mükafat və Bolqarıstanın tarixini əks etdirən disklə təltif olundular. Mənə isə Avropanın bütün beynəlxalq musiqi festivallarının prezidentinin xüsusi ödülü verildi. Ən orijinal, performanslı, yüksək artistizm qabiliyyəti olan talantlı və “Discovery”nin ən gözəl müğənnisi titulunu qazandım. İlk dəfədir beynəlxalq müsabiqəyə qatılmağıma baxmayaraq, belə bir mükafat qazanmağım böyük uğurdur. Ancaq təəssüf ki, özəl kanallar ölkənin adına olan bu uğurla bağlı süjetləri təmənnasız göstərmirlər”.
Müğənni onu da qeyd etdi ki, festivaldan sonra bir neçə yeni təklif də alıb. Bolqarıstan televiziyasının rəhbəri onun bütün mahnı və kliplərinin bu kanalda pulsuz yayımlanacağını deyib. İspaniyadan olan münsif ölkəsində keçiriləcək festivala dəvət edib. Cihan Sezer isə Rövşən Civişovun Azərbaycan xalq mahnılarından ibarət diskini buraxmaq təklifini irəli sürüb.
Rövşən Civişov yay aylarında adını hələ gizli saxladığı daha bir beynəlxalq müsabiqəyə qatılacağını da vurğuladı.
Banu

599