Məleykə Əsədova ilə Vəfa Zeynalova barışdı
13 aprel 2010 19:30 (UTC +04:00)

Məleykə Əsədova ilə Vəfa Zeynalova barışdı

Akademik Milli Dram Teatrının aktrisaları Məleykə Əsədova və Vəfa Zeynalova barışığa gəliblər.


Lent.az-ın məlumatına görə, bir-birlərilə küsülü olan sənətçilər bir müddət əvvəl soyuqluğa son qoyublar. Televiziya verilişlərinin birində aralarında mübahisə yaranan və bir-birlərinə dedikləri atmacalarla münasibətləri daha da pisləşən aktrisaların mübahisəsinə Əsədovanın mətbuata verdiyi açıqlama son qoyub. Xalq artisti M.Əsədova onların mübahisəsində kimlərinsə maraqlı olduğunu, Vəfa ilə küsmək niyyətində olmadığını deyib.


Açıqlamalardan sonra Vəfa Zeynalova da məsələnin şişirdildiyini, əslində onun da küsmək istəmədiyini bildirib.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar