Müğənni Xatun: “O kişinin kəbinli qadın olmalıyam!” - MÜSAHİBƏ
Gənc müğənni Xatunun Lent.az-a müsahibəsi
- Xatun, haralardasan, “toylar kraliçası”na çevrilmisən... Xeyli dəyişmisən.
- Bilirsən nə yadıma düşdü? İlk dəfə efirə çox bahalı geyimdə çıxmışdım, baha başa gəlmişdi. Modelyer də aldatmışdı. Bu gün misal üçün, məni efirdə görən deyir ki, arıqlamısan. Əslində bilirəm ki, kökəlmişəm. Artıq ekranı tanıya bildiyim üçün, insanları “aldada” bilirəm. Əvvəllər mən arıq ola-ola elə şeylər geyindirirdilər ki, çox eybəcər görünürdüm. Təbii ki, təcrübəm olmadığı üçün... Yanımdakı insanlar da hamısı guya, alim idi. Ortada heç bir iş yox idi. Hamı məndən soruşur ki, klip-filan... Bu gün Azərbaycan standartlarına uyğun 5 klipim var, peşəkar da çəkib, qeyri-peşəkar da. Növbəti klipi sıradan bir klip etmək istəmirəm. İstəyirəm ki, geyimimdə nəsə bir dəyişiklik olsun. Maraqlı bir şey edim ki, insanları təəcübələndirim. Yay üçün mahnı fikirləşirəm. İstəyirəm ki, hitə çevrilən bir mahnı olsun. Hərdən otururam evdə, internetlə Lady Qaqanın kliplərinə baxıram. O səpkidə bir şeylər istəyirəm. Amma sonradan fikirləşirəm ki, mən o obraza girsəm, artıq toylarda görünə, pul qazana bilməyəcəm.
Bəzən toyda müşahidə görürəm ki, “yarımsaatlar kralı” və “kraliçası”, “şest-vosem” mahnı yazdırıb oxuyurlarsa, deməli belə də lazımdı. Onlar özləri elə qəşəng camaata “yedizdirirlər” ki!
- Müsahibədən öncə də dedin ki, mənim həyatımda elə bir adam yoxdu ki, məni və yaradıcılığımı maliyyələşdirə, olsa da istəmərəm. Əziyyət çəkib qazanmaq istəyirsənsə, bütün gününü də toylara sərf etməlisən.
- Əslində əvvəldən deyirdim ki, toy mahnılarını oxumaq istəmirəm, elə indi də oxumaq istəmirəm.
- Bir sıra kliplər çəkdirdin. Yadımdadı, bir müddət səhnədə və efirdə sıx-sıx görünürdün. Onda səni kim maliyyələşdirirdi?
- Onda hamı bilirdi ki, qardaşım Stilist Balaş mənə kömək edir. İndi Balaş da yüksək təminatlı məmur deyil ki! O vaxt biz nə maşın alırdıq, nə evimizi təmir etdirirdik. Balaş bütün qazancını mənə sərf elədi. Sağ olsunlar, az da olsa, o vaxt mənə pulsuz kömək edənlər də olub. Fikirləşirəm ki, bilsəydim belə eləməzdim. Necə ki, Abbas Bağırov indi efir məkanında deyil, toylara da gedir, pulunu da qazanır, imici də var... Onun kimi digər müğənnilər.
Bir tərəfdən də mən tez tanındım. Bu gün də efirdə tanınan müğənni kimi toya dəvət edirlər. İndi gələn gənc müğənnilər arasından seçilə bilirəm. Bugünkü gənc müğənnilərdə güclü səs yoxdur. Elə müğənni var, özünü tamamilə toya həsr edib, bir qism isə, toydan qazanıb reklamına xərcləyir.
- Sənin üçün çətin deyil? Cavan qadınsan, bütün günü toylarda pul qazanıb, pulu sənətə yatırıb, nə isə etdikcə, bir də baxacaqsan, yaş ötür... Üstəlik, səhnədə rəqabət, sferada seçilən olmaq gündən-günə çətinləşir. Özünə aid həyatın olmaya da bilər. Bildiyimə görə, həyat yoldaşından ayrılmısan.
- Mən boşanmış qadınam. Təsəvvür edin ki, tanınan, göz qabağında olan qadın daha çox diqqət mərkəzində olur. Qəribə olsa da, subay qızlardan çox diqqət mərkəzində oluruq. Fikirləşirəm ki, o adamların mənə etdikləri təklif var ki, o adamla adım çıxsın, misal üçün, mən pul xərcləsin, filan... Nə bilim, həyatımda heç vaxt belə şeyə razı olmamışam. Ciddi təklif etsələr, o başqa məsələ. Mən o münasibəti görməmişəm axı. Demirəm e, “svyataya Mariya”yam, mələyəm, filan. O da qayda-qanunla olmalıdı, gizli olmamalıdı, hamı bilməlidi. Ən pis halda o kişinin kəbinli qadın olmalıyam! Öz-özümə oturub fikirləşirəm ki, mən bu yolda özümü görmürəm. Mənim yolum budur ki, qan-tər içində oxuyum. Gedib gəlirəm, yorğun düşürəm. Musiqiçilərlə davranmaq, özünü insanlara təqdim etmək, bunlar hamısı şərtdir. Yenə də şikayətlənmirəm. Fikirləşirəm ki, özüm qazanıb özüm yeyirəm. Geyimdi, inanın Allaha ki, nə qədər pul xərcləyirəm. Bir dərd də var ki, tanınmış olduğuma görə, hər şeyin də qiymətini ikiqat baha deyirlər. Vay o günə ki, standart məbləğ vermək istədin. O dəqiqə deyirlər ki, sən müğənnisən, populyarsan, eləməlisən də... Çalışırsan ki, hər işi ehtiyatla davranasan ki, populyarsan da, sabah sənin dalınca istədiklərini danışmasınlar. Mənim üçün çox çətindir...
- Neçə ildir ailən dağılıb?
- Artıq Adilin (oğlunu nəzərdə tutur – L.) 12 yaşı var, 4 il ailəli olmuşam, 8 ildir təkəm...
- Bildiyimə görə, keçmiş həyat yoldaşınla dostluq münasibətin var.
- O vaxtlar biz ayrılanda hamı deyirdi ki, uşağı atasına göstərmə. Fikirləşdim ki, niyə axı, niyə də göstərməyim?. Sonra o, Hollandiyaya getdi. Gedəndə də münasibətlər var idi. Bilmirəm, orda başına nə iş gəldi, özü uşağına biganə oldu. Qayınatama da dedim ki, uşağa nömrə almışam, istəyirəm atası ilə danışsın. Çünki oğlumun atalı böyüməsini istəyirdim. Nə olsun ki, ayrıyıq! Biri var atası rəhmətə gedib, biri var bizim vəziyyətimizdə olduğu kimi ayrılmışıq, ana-ata ayrı yaşayırlar. Hətta bir vaxt var idi, keçmiş həyat yoldaşımla barışmaq da istəyirdim. Sonra onda olan biganəliyi gördüm.
Düz 8 il sonra oğlum gözü ilə bağlı xəstəxanaya düşəndə atası gəldi çıxdı. Onda da mənim “zvyezdnıy moment”lərim idi.
Yenə də gəldi, aramızda anlaşılmazlıq oldu. Elə bildim ki, o gedər, 8 ilə dəyişər... uşağı götürüb aparmaq istədi. İcazə vermədim. Əvvəl analığın nə olduğunu o qədər dərk etmirdimsə, getdikcə övlada sahib olmağın nə qədər böyük nemət olduğunu anladım. Kaş, onun bacısı, qardaşı da olsaydı.
- Sənə evlilik təklifi olub?
- Olub, Allah haqqı, olub! Bu sənətdən də olub. Mənim öz evim var. Birində fikirləşmişəm ki, o qədər də imkanlı olmadığı üçün məndən yararlanmaq istəyib... Digəri sadəcə Xatunun əri olmaq istəyib. Bir müddət evə gül-çiçək, hədiyyələr göndərib. İndi də təklif var, onu artıq fikirləşirəm, doğrudan da fikirləşirəm. Mənə elə gəlir ki, başqa cür həqiqətən də həyat qurmaq mümkün deyil. Çünki mən elə insan deyiləm ki, oturub restoranda çay içim, çörək yeyim... Məni heç bir “tusovka”larda görmək olmaz. İçki məclisləri, “mafiya” oyunları mənlik deyil. Adi, normal həyat yaşayıram. Toydan gəlib yorğun yatıram. Ona görə də kimsə haqqımda yalan danışanda özümü sübut edəm. İstəyirəm həyatıma daxil olmaq istəyən adamı göstərəm ki, mənim necə “priliçni” həyatım var. O məni artıq tanıyıb və təklif edib ki, ailə quraq. Allaha and olsun, balamın əziz canına and içirəm, mənə deyir ki, “hə” de, evlənək. O, çox ağlı başında, imanlı insandı, bir tərəfdən də fikirləşirəm ki, birdən ona deyərlər ki, niyə icazə verirsən oxusun. Yəqin qərar verəcəm, ya elə, ya da belə.
- O sənətdə olan adamdı?
- O da sənətdədi, mənim üçün musiqiçi olmayan insan maraqlı deyil. Mənim üçün böyük zövq olar ki, evdə xörək bişirim, o hansısa alətdə ifa etsin. Həkim və ya siyasətçi ilə yaşaya bilmərəm. Bizdə fikirləşirlər ki, müğənnidirsə, müğənni xörək bişirən, evdar qadın ola, ibadət edə bilməz. İstəyirəm ki, münasibət qurduğum insan hər dəqiqəmdən xəbər tutsun. Hərdən fikirləşirəm ki, mən kişi olsam, onu bir dəqiqə gözdən ayırmaram. Elə kişi var ki, pulu var, amma insana güvən vermir. Yanında oturub ona-buna baxır. Amma elə insanlar da var ki, ağır təbiətlidir. Yanında özünü yığışdırırsan.
- Bəs sənin evlilik təklifi aldığın adam hansı insandır?
- Ağır adamdır (Gülür).
- Çəkisi ağırdır, xasiyyəti? (zarafat)
- Xasiyyəti ağırdı. O mənimlə bərabər toyda da olanda görür ki, özümü necə aparıram. Nə etsəm, nəticədə öz adımdır, iraq olsun, kiminsə həyat yoldaşı ilə göz-qaş edəndə də, vulqar hərəkət edəndə də. Mənə ailə lazımdır. Kimə salam versən, deyir ki, Xatunla görüşdüm, belə söhbət də xoş deyil. Ən azından bilərəm ki, halal həyat yoldaşım var. Bizim səhnədə həm də ailə quran qadına hörmət edirlər. Ən pis qadına da Allah yol açsın. Bu, mənim bütün qadınlara arzumdur.
Leyla

3184