“Samir Bağırov artıq bir aydır ki, Bakıdadı”
12 aprel 2010 17:15 (UTC +04:00)

“Samir Bağırov artıq bir aydır ki, Bakıdadı”

“Samir Bağırov artıq bir aydır ki, Bakıdadı. Lakin bu vaxt ərzində mən nə qədər çalışsam da, onunla ünsiyyətə girə bilməmişəm. Ona elə gəlir ki, mən onunla görüşməyi mətbuat nümayəndələrinə xəbər vermək üçün istəyirəm”.

Bu sözləri Samir Bağırovun dostu Samir Əliyev Lent.az-a deyib: “O mənim dostumdur, pis-yaxşı günümüzü birlikdə keçirmişik. Bilirəm ki, bir aydır Bakıdadır, hər gün mobil telefonuna zəng edirəm, cavab vermir, Bakı nömrəsi açıqdı. Nə atası, nə anası artıq telefonuma cavab vermir. Samirə yaxın yaxın bütün dostlara zəng etmişəm, heç kimin ondan xəbəri yoxdu”.

Qeyd edək ki, müğənni Samir Bağırovun Moskvada yaşadığı müddətdə sənədləri qaydasında olmadığı üçün 3 gün müddətində həbs olunduğu, bu hadisədən sonra səssiz-səmirsiz əşyalarını toplayaraq oranı tərk etdiyi və vətəninə qayıtdığı iddia olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar