Müğənni Xatun: “Hər şeyi gözləyirdim, bunu yox...”
El şənliklərindən birində müğənni Xatunun başına məzəli əhvala gəlib. Bu barədə müğənni Lent.az-a danışıb: “Bir el şənliyində iştirak edirdim. Orda Mətanət İsgəndərlinin repertuarından çox populyar bir mahnını ifa etdim. Adını deməyəcəm, mətbuat nümayəndələrindən biri yaxınlaşıb mənə nə desə yaxşıdır? “Mən fikir verirəm, siz yaman gözəl mahnılar yazırsınız, görürəm belə mahnılar yazıb oxumaqla irəli gedirsiz. Çaşıb qaldım, sözün düzü, hər şeyi gözləyirdim, belə bir sözü yox... O da bizi tanımırsa, daha nə deyim?”
Nəzrin
Nəzrin
604