“Eurovision-2010”da ən güclü rəqiblər Azərbaycan və Ermənistan hesab olunur
08 aprel 2010 11:00 (UTC +04:00)

“Eurovision-2010”da ən güclü rəqiblər Azərbaycan və Ermənistan hesab olunur

“Eurovision-2010” mahnı müsabiqəsi ilə bağlı Rusiya mətbuatında yayılan bukmeyker hesablaması maraqlı nəticə ortaya çıxarıb. Lent.az-ın eurovis.ru-ya istinadən məlumatına görə, builki müsabiqənin favoriti sayılan Azərbaycana ən ciddi rəqib ölkə Ermənistan hesab olunur.

Hesablamalara görə, Azərbaycan 23.5%-lik səsvermə ilə birinci yeri tutur. Ermənistan isə 20.5% səsvermə ilə güclü rəqib kimi ikinci yerdədir.

Üçüncü güclü rəqib Ukrayna sayılır. Onun ardınca Türkiyə, sonra Rusiya gəlir.

Ev sahibi Norveç isə bu il favoritlər siyahısına daxil ola bilməyib.

Qeyd edək ki, bu il “Eurovision-2010”da 39 ölkə mübarizə aparacaq.

Müsabiqəsevərlərin fikrincə, bu ilin ən ümidsiz ölkələri Xorvatiya, Sloveniya və Makedoniya hesab olunur.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar