1 saata çəkilən klip…
07 aprel 2010 20:00 (UTC +04:00)

1 saata çəkilən klip…

Bu yaxınlarda ilk kliplərinə təqdimat keçirən “Humay qızlar üçlüyü”nün növbəti ekran işi artıq hazırdır. Türk mahnısı olan “Hadi hadi” musiqisinə ilk kliplərini çəkdirən üçlük bu dəfə də köhnə türk folklor rəqsinə hazırladıqları musiqini lentə aldırıb.

Lent-az-ın məlumatına görə, “Humay qızlar üçlüyü” klipmeyker seçimində çətinlik çəkməyərək, elə ilk kliplərini ekranlaşdıran rejissor Rüfət Nəzərliyə müraciət ediblər. Məlumata görə, bu gün artıq klipin montaj işləri bitib. Klipin süjet xəttinə gəlincə isə, rejissor R.Nəzərli ekran əsərinin əsasən qrafika üslubunda olduğunu bildirib. Rejissor sözügedən klipin cəmi 1 saat ərzində çəkildiyini də açıqlayıb.
Bildirək ki, növbəti həftədən etibarən artıq klip geniş kütləyə təqdim olunacaq.

Rejissor bundan əlavə müğənni Nadir Qafarzadə üçün də klip çəkəcəyini deyib. Məlumata görə, klipin çəkilişinə hazırlıq gedir. Belə ki, xoreoqraf Nailə xanım bu mahnı üçün rəqs qurur. Rejissor məxsusi olaraq klip üçün rəqsin qurulmasının səbəbini isə belə izah edib: “Çox maraqlı mahnıdır, istədim ki, müğənni bu klipdə həm də rəqsi ilə diqqəti cəlb etsin. Məncə, tam fərqli bir şey olacaq. Çünki gərgin hazırlıq prosesi gedir”.

Onu da qeyd edək ki, aprel ayının 15-dən sonra “Dəli dəli” mahnısının klip çəkilişlərinə start veriləcək.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar