Nazpəri Dostəliyeva məhkəməni qazandı
07 aprel 2010 17:30 (UTC +04:00)

Nazpəri Dostəliyeva məhkəməni qazandı

Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti Nazpəri Dostəliyeva ilə Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialı arasındakı məhkəmə çəkişməsində qazanan tərəf müğənni olub. Lent.az-ın məlumatına görə, işə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Vaqif Mursaqulov departamentin iddiasını təmin etməyib.

Qeyd edək ki, Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialı 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edib.

Məhkəməyə ünvanlanmış ərizədə müğənninin 952 manatlıq vergi borcunun ödənilməsinə dair iddianın təmin olunması istənilib.

2 saylı Bakı Yerli İqtisad Məhkəməsi müğənniyə qarşı iddianı təmin etməyib. Bundan sonra Vergilər Departamentinin 2 saylı filialı qərardan apelyasiya şikayəti verib.
Xatırladaq ki, N.Dostəliyeva təxminən bir il öncə də Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialı tərəfindən məhkəməyə verilmişdi. Belə ki, filial həmin vaxt müğənninin 760 manatlıq borcunun ödənilməsi üçün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət etmişdi.

Filial müğənninin “Mona Liza”, “Kral” və digər restoranlarda oxuduğu toylara görə vergi ödəmədiyini iddia edir. Müğənni isə bu iddiaları qəbul etmir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar