Məryəm Şabanovanı 3 yaşlı oğlu çətin vəziyyətə salıb
05 aprel 2010 17:00 (UTC +04:00)

Məryəm Şabanovanı 3 yaşlı oğlu çətin vəziyyətə salıb

“Eurovision-2010” müsabiqəsinin milli seçimində iştirak edən müğənni Məryəm Şabanova bu günlərdə oğlunun ad gününü qeyd edib. Bu barədə müğənni Lent.az-a məlumat verib. Müğənni 3 yaşı tamam olan oğlu Danielin maşın həvəskarı olduğunu deyib: “Evdə müxtəlif markalarda, ölçülərdə maşınlar var. Maşın Danielin dəli marağıdır. Bu dəfə də biz ona maşın bağışladıq”.
Oğlu isə ata-anasından gözlənilməz hədiyyə istəyib: “O isə bizdən gözləmədiyimiz halda “Folksvaqen” tələb etdi. İndi biz onu heç cür başa sala bilmirik ki, həqiqi maşın ala bilmərik. Lakin inşallah, 15 ildən sonra bu arzunu reallaşdırmaq niyyətindəyik”.
Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar