Erməni xalq artisti Azərbaycan müğənnilərilə həmrəy oldu
02 aprel 2010 13:00 (UTC +04:00)

Erməni xalq artisti Azərbaycan müğənnilərilə həmrəy oldu

““Eurovision” mənim üçün yeni başlayanların müsabiqəsidir”

Ermənistan xalq artisti Civan Kasparyan 1 apreldə keçirdiyi mətbuat konfransında “Eurovision-2010” mahnı müsabiqəsində Ermənistanı təmsil edəcək Eva Rivasla bərabər səhnəyə çıxmasına münasibətində “Erməni olaraq “Eurovision” mahnı müsabiqəsində getmərəm, yox, əgər bunun Eva Rivasa yardımı olsa, mütləq gedərəm”, - deyib.

“Bu sənətə yeni başlayanların müsabiqəsidir və məni professional olmayanlar dəyərləndirəcəksə, belə çıxır ki, bu, ciddi müsabiqə deyil”- müğənni vurğulayıb.
Qeyd edək ki, bu il “Eurovision”da Ermenistanı 14 fevralda 9 iştirakçı arasında seçilən Eva Rivas təmsil edəcək.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453

Oxşar yazılar