Azəri Günel yenidən məhkəməyə verildi
20 mart 2010 16:00 (UTC +04:00)

Azəri Günel yenidən məhkəməyə verildi

İddia təmin olunsa, onu həbs cəzası gözləyir

Türkiyədə yaşayıb fəaliyyət göstərən Azəri Günel (Günel Zeynalova) yenidən məhkəməyə verilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənninin hazırda Ebru Gündəşlə evli olan keçmiş sevgilisi, azərbaycanlı iş adamı Rza Zərrab aralarında olan telefon danışıqların onun razılığı olmadan internetdə yayımladığı üçün iddia qaldırıb.


İstanbulun Şişli Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə Günelin “Xəbərləşmənin gizliliyini pozmaq”, “Şəxslər arasındakı danışıqlara qulaq asmaq və lentə almaq” və “Şəxsi həyatın gizliliyini pozmaq” maddələri ilə 4,5 ilə qədər həbs cəzası istənib.


Qeyd edək ki, Günel haqqında bir müddət əvvəl də Rza Zərrabı təhdid etdiyi üçün iki ilə qədər həbs cəzası istənilib. Bununla Bağlı iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar