NEXT konsertdən öncə Ukraynadakı səfirimizlə görüşüb
19 mart 2010 16:30 (UTC +04:00)

NEXT konsertdən öncə Ukraynadakı səfirimizlə görüşüb

Məlum olduğu kimi, bu gün NEXT qrupu Ukraynanın paytaxtı Kiyev şəhərində “Love for sale” adlı solo konsert proqramı ilə çıxış edəcək. “İrəli” Gənclər İctimai Birliyi və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə təşkil olunan konsert Kiyevin sayılıb-seçilən Maup kino konsert zalında baş tutacaq. Qrupun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konsertdən öncə NEXT qrupunun Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə görüşü baş tutub. Səfir qrup üzvlərini təbrik edərək, onlara xoş sözlərini ünvanlayıb. Bundan əlavə səfir NEXT qrupunun üzvlərinin hər birinə Ukraynanın milli geyim və aksessuarlarını verib. Səfir Azərbaycanı Ukraynada belə yüksək səviyyədə təmsil etdikləri və möhtəşəm konsert proqramı ilə şəhərin qonağı olduqları üçün NEXT qrupuna minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar