Arda Turanın “AST” sevdası baş tutmadı
Türkiyənin futbol üzrə yığmasının və “Qalatasaray” klubunun oyunçusu Arda Turan “Fənərbağça” tərəfdarı olan iş adamından rədd cavabı alıb.
Lent.az “habertürk”ə istinadən xəbər verir ki, futbolçu yaxın dostu, tanınmış aparıcı Acun Ilıcalıdan 650 min türk lirəsinə (təxminən 330 min manat) aldığı “Aston Martin” markalı avtomobilinə 34 AST 10 (AST – Arda, onun sevgilisi Sinəm və futbolçunun soyadı Turanın baş hərfləri) dövlət nömrə-nişanını almaq istəyib.
Məlum olub ki, həmin dövlət nömrə-nişanlı avtomobilin sahibi bir iş adamıdır. İş adamı da “Aston Markin” sürür. Arda nömrə-nişanı almaq üçün iş adamına 50 min avro təklif edib. Ancaq adı açıqlanmayan iş adamı təklifi rədd edib və futbolçuya müsbət cavab verməyib.
“Fənərbağça” fanatiki olduğu bildirilən iş adamının bu israrını nə qədər davam etdirəcəyi isə məlum deyil.

586