“Nəinki İlhamə Quliyeva, elə Aybəniz Haşımova da, Firuzə İbadova da...”
Müğənni Xatun açdı ağzını, yumdu gözünü...
“İncə maraqlar” verilişinin canlı yayımında xalq artisti İlhamə Quliyeva ilə barışan müğənni Xatun barışıq anında göz yaşlarını saxlaya bilməyib. İlhamə Quliyevanın “tələbəm” adlandırdığı Xatun Lent.az-a açıqlamasında iştirak etdiyi teleproqramda özünə qarşı haqsızlıq gördüyünü bildirib: “İlhamə xanımın telefon zəngləri məni çox təsirləndirdi, çünki o verilişdə demək olar ki, tamamilə müdafiəsiz idim. Əsəblərim pozulmuşdu, artıq özümə hakim ola bilmirdim”.
Müğənni sözügedən verilişdə ona qarşı səbəbsiz təzyiq olduğunu iddia edib: “Verilişə gələn zənglər elə təsir bağışlayırdı ki, sanki mən biabırçı geyimdə həmin proqrama çıxmışdım. Olduqca sadə, normal geyimdə idim. Mən aparıcı Rövşanə kimi qısa yubkalar, dar, əzalara yapışan geyimlər geymirəm ki, tənqid olunam. Maraqlı burasıdır ki, eyni adamlar o verilişə zəng edir, həmin gün verilişə qoşulmaq istəyən o qədər tanıdığım insanlar var idi ki! Mən bilmirəm hansı səbəbdən məni orda pis vəziyyətə qoymaq istədilər. Demək olar ki, veriliş mənim üzərimdə qurulmuşdu”.
Xatun İlhamə Quliyevadan başqa digər müğənnilərin də proqrama etirazla yanaşdıqlarını deyib: “Aybəniz Haşımova da, Firuzə İbadova da mənə verilişi təəssüflə izlədiklərini, telefonla qoşulub etiraz etmək niyyətində olduqlarını dedilər. Mən verilişdə sona qədər otura bilmədim, sona yaxın Rövşanə məni oynamağa dəvət edəndə artıq ayağa qalxıb, proqramı tərk etdim. Proqramdan sonra da heç bir kəlmə belə demədim”.
Müğənni verilişdən sonra İlhamə Quliyevaya zəng etdiyini və ondan dəstək aldığını deyib.
Leyla

626