Müğənni Cəmilə: “Çörək puluna görə məcburam...”
16 mart 2010 11:45 (UTC +04:00)

Müğənni Cəmilə: “Çörək puluna görə məcburam...”

“Elit star” aşpazdan ustad dərsi alan müğənnilərdən danışdı

Müğənni Cəmilə “Daha məni gözləmə” adlı yeni mahnısını repertuarına daxil edib. Bu barədə məlumatı müğənni özü Lent.az-a bildirib.

Sözləri Zemfira Əlişqızına, musiqisi Ruslan Səfəroğluna məxsus olan mahnını ekranlaşdırmağı da düşünən Cəmilə yeni mahnısını məhz toyda ifa etmək üçün yazdırıb. “Oxuduğum mahnıların yarısı replə sintez olunub, yarısı da lirikadı. Ona görə də qərara gəldim ki, sırf “6-8” üslubunda mahnı oxuyum. Neyləmək olar, çörək puluna görə məcburam toy mahnısı da oxumağa” - deyə müğənni bildirdi.

Novruz bayramını evdə qarşılayacağını bildirən Cəmilə bayram şirniyyatlarını anası ilə birgə hazırladığını açıqladı. “Mən şəkərburanı hazır almağı xoşlamıram. Bayram günləri hamının evindən gərək iy çıxsın. Özü də bu dəfə bilmədiklərimi də anamdan öyrəndim. Allah razı olsun “Yağ kimi” verilişindən. Müğənnilər əvvəllər efirə çıxanda yemək bişirə bilmədiklərini deyərək, özlərini dartırdılarsa, indi xüsusi olaraq, aşpaz yanına gedib öyrənirlər. Hələ eşitdiyimə görə, bəziləri maşınlarını satıb evlərini təmir də etdiriblər ki, “Yağ kimi”yə çıxanda biabır olmasınlar. Çünki çoxları qazandıqlarını ancaq geyimə və maşına xərcləyirlər, evləri isə pis gündə olur. Şükür Allaha ki, evimi avrotəmir etdirdim. Amma buna görə maşınımı-filanımı satmamışam”, - deyə, Cəmilə vurğuladı.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar