Məşhur müğənni 66 yaşında yenidən evləndi
27 avqust 2010 11:21 (UTC +04:00)

Məşhur müğənni 66 yaşında yenidən evləndi

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İqlesias avqustun 24-də son 20 ildə birgə yaşadığı keçmiş model Mirande Rinsburqerlə nikaha girib.

Toy mərasimində ancaq şahidlər, İqlesias və Rinsburqun 5 uşağı iştirak edib.

Qeyd edək ki, 66 yaşlı Xulio İqlesias və 45 yaşlı Miande Rinsburqer ötən əsrin 90-cı illərin ortalarından Mayamidə yaşayırlar. Bu İqlesiasın ikinci nikahıdır. O, birinci həyat yoldaşı İsabel Preyslerdən 1978-ci ildə ayrılıb. Həmin nikahdan İqlesiasın 3 uşağı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1808

Oxşar yazılar