Müğənni Samira: “Bakıda bunu etmərəm”
25 avqust 2010 13:24 (UTC +04:00)

Müğənni Samira: “Bakıda bunu etmərəm”

Lent.az-ın məlumatına görə, müğənni oxuduğu hitdən əldə etdiyi qazancın yalnız tamaşaçı sevgisi olduğunu deyib: “Baxmayaraq ki, hitimiz dillər əzbəridir, lakin bundan ancaq tamaşaçı sevgisi qazandım. Bu günə qədər bir neçə musiqi albomlarıma böyük xərc çəkmişəm, bir qəpik də qazanmamışam. Bunu pərəstişkarlarım üçün etmişəm, amma bəhrəsini piratlar görüb. Ona görə də artıq Bakıda bunu etmərəm”.

Repertuarında daha çox xarici estrada mahnılarına müraciət edən Samira hesab edir ki, Qərb musiqisi daha çox səs tembrinə uyğundur: “Ruhuma daha çox Qərb musiqisi yaxındır, məncə yaxşı ifa edirəm, ifa zamanı orijinallığa xələl gətirmirəm. Bu, bizim mahnılara da aiddir. Heç vaxt hansısa mahnını korlamamışam”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949

Oxşar yazılar