“Azərbaycanda müasir kino yoxdur” - MÜSAHİBƏ
Uzun illədir ABŞ-da yaşayan azərbaycanlı aktrisa və müğənni Firəngiz Rəhimbəyova sentyabrda Bakıya gəlməyi planlaşdırır. O, bunu APA-ya eksklüziv müsahibəsində açıqlayıb. Firəngiz xanım şəxsi kolleksiyasından bəzi fotoları da APA-ya təqdim edib.
- Uzun illərdir, Amerikada yaşayırsınız. İnsanların qibtə ilə baxdığı Amerika şou-biznesi, eləcə də kinosuna çox yaxınsınız. Amerikada yaradıcılığınızı davam etdirirsinizmi? Əgər davam etmirsinizsə səbəb nədir?
- Əlbəttə ki, mən Amerika populyar mədəniyyətinin və kinosunun zirvəsində deyiləm, amma inanın ki, nə vaxtsa Amerikanın estrada və pop ulduzuna, ya da kino kumirinə çevriləcəyimlə bağlı hər hansı illüziyam yoxdur. Düzdür, Los-Anceles və ABŞ-ın bəzi digər şəhərlərindəki populyarlığımdan şikayətçi deyiləm. Bu populyarlıq bütün Amerikanı əhatə etməsə də, mənə əziz olan kifayət qədər insanın – Azərbaycandan və keçmiş SSRİ-nin digər ölkələrindən gələnlərin əhatəsindəyəm. Mən öz yaradıcı taleyimdən məmnunam. Amerika şou-biznesindəki yerimi özümü aldatmadan, ayıq başla qiymətləndirirəm və minlərlə insanı stadionlara, zallara topladığıma dair Bakıda şayiə yaymağa çalışmıram. Məni sevən və qiymətləndirən, miqyası heç də kiçik olmayan dairə mənə kifayət edir.
- Azərbaycan kinosu, teatrı və şou-biznesi kənardan Sizə necə görünür?
- Kino haqqında heç nə deyə bilmərəm, çünki bizdə müasir kino demək olar ki, yoxdur. Teatr... Bilmirəm, Vətənə xeyli vaxtdır getmirəm və təbii ki, heç nə izləməmişəm. Saytlarda Azərbaycandakı teatr premyeralarının çəkilişlərini axtarsam da, tapa bilmirəm. Mənə şou-biznes daha tanışdır və internet saytları vasitəsilə bu sahəni izləmək imkanım var. Prinsipcə pis heç nə deyə bilmərəm. İnkişaf mərhələsi elə belə də olmalıdır – öz əyər-əskikliyi ilə. Hər şey zamanla qaydasına düşəcək və inanıram ki, Azərbaycanın musiqi mədəniyyəti hələ dünyanı təəccübləndirəcək.
- ABŞ-da kinoya çəkilməklə bağlı və ya başqa bir sahədə hər hansı təklif almısınızmı?
- Bəli, məni ekspert kimi rejissor Entoni Hoffmanın baş rollarını Kerri-Enn Moss və Vel Kilmerin oynadığı “Qırmızı planet” fantastik filminə, həmçinin rusiyalı qaydasız döyüş ustası Oleq Taktarovun Kriss Kleyn, Rebekka Romin, Cin Reno kimi Hollivud ulduzları ilə birgə çəkildiyi “Rollerboll” filminə dəvət ediblər.
- Amerikadakı fəaliyyətiniz barədə bir az ətraflı danışmağınızı istərdik. Məsələn, yaradıcı insanlarla dostluq əlaqələri qura bilmisinizmi?
- Xatırlatmaq istərdim ki, mən təsadüfən Amerikada deyiləm, ailəmlə qovuşmaq arzusu ilə bura gəlmişəm. Böyük bacım və dayım öz ailələri ilə uzun müddətdir, Amerikada yaşayırlar. Amerikaya köçməzdən əvvəl iki dəfə onların qonağı olmuşdum. Qayıtdıqdan sonra möhkəm darıxırdım. Nəhayət, çətinliklə də olsa qərar verdim ki, ailə bir arada olmalıdır. Və getdim. Burada hazırkı həyat yoldaşımla qarşılaşdım. Siz də anlayırsınız ki, sevərkən və öz ailənə dəyər verərkən ikinci dərəcəli şeyləri qurban verməyi bacarmaq lazımdır. Unutmayın ki, mən azərbaycanlıyam və Azərbaycan qadınının ən yaxşı ənənələri ilə tərbiyə olunmuşam. Gənc və gözəl bir qadın kimi yüz dəfə özümə karyera qura bilərdim, lakin ailəm və mənə doğma olan kişi mənim üçün daha önəmli idi. İndi - gözəl və ağıllı bir qız böyüdüb ərə verdikdən sonra öz yaradıcılığımla məşğul olmağa mənəvi haqqım çatır. Hazırda elə bununla məşğulam və həyat yoldaşım da mənə hər cür dəstək verir. İnanın ki, mən yaradıcılıqla pul qazanmaq üçün məşğul olmuram. Yaradıcılıq mənim mahiyyətimdir. Razılaşın ki, xoşbəxt bir ailə qurmaq üçün heç də az istedad tələb olunmur. Həyat yoldaşımla bərabər kino və şou-biznes ulduzlarının da olduğu çox geniş çevrəmiz var və yüzlərlə təklif alırdım. Lakin mən başqa bir yol seçdim və öz seçimimdən məmnunam. Amerika üfüqlərində ulduz kimi parlamaq üçün hələ gec deyil, ancaq məni öz Vətənim, onun mədəniyyəti, həyatı, motivləri özünə çəkir...
- ABŞ-a şəxsi həyatınızla bağlı getdiyinizi söylədiniz. Bundan heç təəssüf hissi keçirdinizmi?
- Yox. Taleyim belə gətirdi. Lakin etiraf edirəm ki, ürəyim Bakıda qalıb. Doğma şəhərimi tez-tez yuxuda görürəm... Bakıda doğmalarım demək olar ki, qalmasa da, çoxlu dostlarım və pərəstişkarlarım var. Sentyabrda Bakıya gəlməyi planlaşdırıram.
- Azərbaycanda kinoya çəkilmək üçün heç təklif almısınızmı?
- Çox təəssüf ki, yox. Xeyli vaxt gözlədim ki, “Bəxt üzüyü” filminin zəngin fanatları maddi dəstək verərək rejissor Ramiz Əzizbəylini filmin ikinci seriyasını çəkməyə ruhlandıracaqlar. İkinci seriyanın ssenarisi çoxdandır rejissorun əlindədir.
- Azərbaycana qayıdaraq yaradıcılıqla məşğul olmaq planınız varmı? Təklif alsanız Vətənə qayıdarsınız?
- Bu, mənim üçün ağrılı sualdır... Yəqin ki, uzun müddət üçün qayıda bilmərəm. Lakin bundan sonra tez-tez Bakıya gəlmək niyyətindəyəm.
- Hazırda Amerikada nə işlə məşğulsunuz?
- Əsasən yaradıcılıqla. Elitar publikanın gecələrində konsertlər verirəm. Yeni mahnılar yazdırıram və albom hazırlayıram. Bundan başqa, mənim özümün xırda biznesim var. Həyat yoldaşımın böyük biznesində də ona kömək edirəm. O, mənə qulaq asır. Məmnuniyyətlə ev təsərrüfatı ilə məşğul oluram. Yəni kifayət qədər iş var.
- Azərbaycan diasporu ilə birlikdə həyata keçirdiyiniz “Novruz bayramı” layihəsindən sonra yeni layihə üzərində işləyirsinizmi?
- Bəli. Musiqimizin korifeyi Çingiz Sadıxov, amerikalı media maqnatı, keçmiş bakılı Devidson, eləcə də Azərbaycan şou-biznesinin tanınmış nümayəndələri ilə “Platin disk” Azərbaycan Mükafatının təqdimatını hazırlayırıq. Bu cür təqdimatlar dünyanın bütün ölkələrində keçirilir. Hesab edirəm ki, bu tədbir çox təntənəli və nüfuzlu bir tədbir olacaq. Bununla əlaqədar sentyabrda Bakıya gəlməyi planlaşdırıram. Bakıda çıxışlarım da ola bilər.
- Los-Anceles erməni diasporunun ən aktiv olduğu yerdir. Bundan qaynaqlanan hər hansı problemlə üzləşmisinizmi?
- Bilirsiniz, Amerikada insanlar başqa prinsiplərlə yaşayır. Bura millətlərarası münasibətləri ayırd etmək yeri deyil. Mənim anlayışıma görə, incəsənət adamları xüsusi insanlardır və öz sənətləri ilə insanlara sevinc, xoşbəxtlik bəxş edərək dünyada sülhə töhfə verirlər.

1828