
Məşhur teleaparıcını yalançı adlandırdılar
Tanınmış teleaparıcı Zemfira Adıgözəlovanın paparazziliklə bağlı iddiası həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Lent.az-ın məlumatına görə, Lider TV-nin “Fotoşok” verilişinin aparıcısı və bu yaxınlarda başlayacaq “Super kimdir?” verilişinin rejissoru Novruz Məmmədov həmkarını fikirlərinə kəskin etiraz edib. Lent.az-ın məlumatına görə, Novruz Məmmədov bildirib ki, Azərbaycanda paparazzi veriliş yaratmaq onun ideyası olub: “Bu tipli verilişlər və “paparazzi party”lər təşkil etmək mənim ideyam olub. Həmin partilərdə baş verən hadisələri verilişdə yayımlamışıq. Şəxsən mən ideyamı Lider TV-nin rejissoru Anar Hüseynova danışmışam, o da təklifi bəyənərək rejissorluğu öz üzərinə götürüb. Beləcə, “Fotoşok” verilişi yaranıb. Daha sonra Anarla qərara gəldik ki, hazırkı həmkarım Murad Əzimzadə də bizimlə bu layihədə olsun. Verilişimizin adını isə hazırda da “Fotoşok”un redaktoru olan Rahil Kərimov fikirləşib. Demək istəyirəm ki, Azərbaycanda ilk və tək, həm də sırf paparazzi verilişi “Fotoşok”dur, onun da ideya müəllifi də mənəm. Əgər Zemfira “Azərbaycanda paparazziliyi mən yaratmışam” deyibsə, deməli yalan danışıb”.
Qeyd edək ki, Zemfira Adıgözəlova Lent.az-a açıqlamasında Azərbaycanda paparazziliyi özünün yaratdığını iddia etmişdi.
Yalçın Süleymanov
Qeyd edək ki, Zemfira Adıgözəlova Lent.az-a açıqlamasında Azərbaycanda paparazziliyi özünün yaratdığını iddia etmişdi.
Yalçın Süleymanov
Oxşar yazılar

Cennifer Lopesdən ETİRAF: bəzən yataqda daha sərtliyi sevirəm
23 iyul 2025 , 19:07
Yıldız Tilbe ilk dəfə səhnədə xəstəliyini AÇIQLADI: Mikrofon tutmağıma belə icazə verilmir
23 iyul 2025 , 18:14
Aktyordan şok AÇIQLAMA: “Mənə zülm verdilər”
23 iyul 2025 , 14:51
Özcan Denizin bütün əmlakına həbs qoyuldu
23 iyul 2025 , 13:39
Serdar Ortaç mirasını kimə verəcəyini AÇIQLADI
21 iyul 2025 , 19:20
Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu - VİDEO
21 iyul 2025 , 17:56
Madonnanı cavan saxlayan pəhriz AÇIQLANDI
21 iyul 2025 , 14:52