Uşaqları səs-küy saldığı üçün qonşusunu GÜLLƏLƏDİ   - FOTO
10 dekabr 2022 19:52 (UTC +04:00)

Uşaqları səs-küy saldığı üçün qonşusunu GÜLLƏLƏDİ - FOTO

Türkiyədə kişi qonşusunu güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bura şəhərində, İldırım qəsəbəsində baş verib. 35 yaşlı İsmət. Y alt mərtəbədəki qonşusu 23 yaşlı Süleyman. Ö-nün uşaqlarının çoxsəs-küy elədiyini deyərək, onlara gedib. Burada tərəflər arasında dava düşüb. Digər qonşular onları aralayıb.

Bundan sonra İsmət. Y evinə qayıdıb və tapança götürərək, yenidən qonşusunun evinə gedib. Qapını açan Süleyman. Ö-yə 6 dəfə atəş açıb. Daha sonra o, hadisə yerindən qaçıb. Güllələr zərərçəkmişin qol və sinəsinə dəyib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək, əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə cinayətkar 1 saat sonra saxlanılıb. Təqsirləndirilən şəxs polisə ifadə verdikdən sonra barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təhvil verilib.

# 3078
avatar

Oxşar yazılar