Üç qəzada  4 nəfər öldü
06 dekabr 2022 12:34 (UTC +04:00)

Üç qəzada 4 nəfər öldü

Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin açılması təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

# 2133
avatar

Sevinc Fərid

Oxşar yazılar