Sumqayıtda yeniyetmə bıçağı dostunun sinəsinə SANCDI
09 sentyabr 2022 11:09 (UTC +04:00)

Sumqayıtda yeniyetmə bıçağı dostunun sinəsinə SANCDI

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib. 17 yaşlı Mikayılov Emin İlham oğlu mübahisə zamanı tanışı 24 yaşlı Nəcəfov Asif Mehman oğlunun döş qəfəsinə bir ədəd bıçaq zərbəsi vurub.

Nəticədə yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

E. Mikayılov isə şübhəli qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 2760
avatar

Mehman Nəbiyev

Oxşar yazılar