Şirkət əməkdaşı oğurluğa görə tutuldu
19 fevral 2021 11:41 (UTC +04:00)

Şirkət əməkdaşı oğurluğa görə tutuldu

Qubada daş karxanasında işləyən şəxsin maaş kartı oğurlanıb.

DİN-in mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, ötən il noyabrın 11-də Qubada yerləşən qum-çınqıl karxanalarının birində işləyən S.Davudov rayon Polis Şöbəsinə müraciət edərək, iş otaqında olan çantasından balansında 2051 manat pul olan plastik kartının naməlum şəraitdə oğurlanması barədə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisə Siyəzən rayon sakini Pərviz Qubatovun törətdiyi müəyyən edilib və hazırda həmin şəxsin Oğuz rayonu ərazisində yerləşən şirkətlərin birində işlədiyi dəqiqləşdirilib.

Quba və Oğuz rayon Polis Şöbəsi əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat tədbirləri ilə P.Qubatov işlədiyi məntəqədə saxlanılaraq istintaqa təqdim olunub.

Dindirilmə zamanı o törətdiyi oğruluq əməli etiraf edərək, kartda olan 2051 manat pulu digər rayonların ərazisində yerləşən bankomatlardan çıxararaq xərclədiyini bildirib.

Faktla bağlı P.Qubatov barəsində Quba rayon Polis Şöbəsinin İstintaq B-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2013
avatar

Mehman Nəbiyev

Oxşar yazılar