Rusiyada  erməni “qanuni oğru”   10 il azadlıqdan məhrum edildi -  VİDEO
10 mart 2022 21:45 (UTC +04:00)

Rusiyada erməni “qanuni oğru” 10 il azadlıqdan məhrum edildi - VİDEO

Tver vilayət məhkəməsi “qanuni oğru” statusuna malik 29 yaşlı Rostov-Don sakinini 10 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, cinayət iyerarxiyasında ən yüksək vəzifə tutduğuna və mühafizəçilərə hücum etdiyinə görə həbs edilib.

O, kriminal aləmdə Artur Molodoy və ya Artur Rostovski kimi tanınan Artur Atabekyandır. .

Məhkum həmçinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 321-ci maddəsi ("Cəmiyyətdən təcrid olunmasını təmin edən qurumların fəaliyyətinin təşkili") ilə də təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, o, 2016-cı ilin dekabrından cinayət iyerarxiyasında ən yüksək vəzifə tutaraq “qanuni oğru” olmaqla oğruların ideyalarını təbliğ edib.

O, statusunu gücləndirərək azadlıqdan məhrum etmə yerlərində 789 dəfə həbsxananın daxili qaydalarını pozub, buna görə də cəza kamerası və “karser”ə yerləşdirilib.

Tver vilayətində həbsxanadan köçürmə zamanı o, xüsusi müəssisənin iki əməkdaşına qarşı zorakılıq tətbiq edib.

Rusiyada erməni "qanuni oğru" 10 il azadlıqdan məhrum edildi

# 2712
avatar

Oxşar yazılar