Rusiyada  erməni biznesmen   evində güllələndi
09 noyabr 2021 21:01 (UTC +04:00)

Rusiyada erməni biznesmen evində güllələndi

61 yaşlı iş adamı Hayk Arutyunyan Moskva yaxınlığındakı Krasnoqorskda öz evində güllələnib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, qatil evə daxil olaraq İJ-27 markalı lüləsi kəsilmiş ov tüfəngi ilə Arutyunyanın sinəsindən atəş açıb. Bu zaman iş adamının qohumları evdə olub. Onlar zərərçəkmişi xəstəxanaya çatdırsalar da, Arutyunyanı xilas edə bilməyiblər.

Silahın Vladimir vilayətinin sakininin adına rəsmiləşdirildiyi məlum olub. Ehtimallara görə, cinayətkarlar bir neçə nəfər olub və onlar Moskva yaxınlığında logistika şirkətinə məxsus sarı “Qazel” markalı avtomobillə qaçması ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Biznesmen Hayk Arutyunyanın qətlində şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Cinayətdə iştirak edən iki nəfər həbs edildikdən sonra üçüncüsü - P. Aleksan müəyyən edilib. İş adamını güllələyənin məhz o olduğu güman edilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5265
avatar

Oxşar yazılar