Rayonda 4 nəfəri öldürmək istədi
31 mart 2021 13:28 (UTC +04:00)

Rayonda 4 nəfəri öldürmək istədi

Şamaxı rayon sakini R.Kazımov martın 29-da Nağaraxana kəndi ərazisində bir nəfərin onu və tanışı olan 3 nəfəri öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açdığını bildirib.

Lent.az xəbər verir ki, bu barədə o, Şamaxı rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən kənd sakini S.Əsgərov saxlanılıb.

Ondan “BUM” markalı ov tüfəngi götürülüb.

# 2181
avatar

Mehman Nəbiyev

Oxşar yazılar