Qız üstündə davada adam öldürənlərin məhkəməsi başlayır
31 mart 2021 10:19 (UTC +04:00)

Qız üstündə davada adam öldürənlərin məhkəməsi başlayır

Xırdalanda kütləvi dava zamanı qətl törədən Bahadur Əliyev və Xəlil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Xırdalan şəhərinin Mirzə İbrahimov küçəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, qız söhbəti üstündə yaranan dava zamanı ən azı 5-6 nəfər yaralanıb. Hadisə zamanı Məmməd Məmmədov və Həsən adlı şəxs yerindəcə keçinib. 29 yaşlı Tural Quliyev və 29 yaşlı Həsənəliyev İlqar Yaşar oğlu ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Dava zamanı T.Quliyevə 6 bıçaq zərbəsi vurulduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869
avatar

Mehman Nəbiyev

Oxşar yazılar