Qardaşının evindən külli miqdarda pul OĞURLADI
17 sentyabr 2022 17:30 (UTC +04:00)

Qardaşının evindən külli miqdarda pul OĞURLADI

Astarada evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən 3000 manat oğurlanıb.

Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibinin qardaşı E.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 2514
avatar

Oxşar yazılar