Qadın KİŞİNİ maşında qandallayıb  DİRİ-DİRİ YANDIRDI
15 iyun 2022 12:29 (UTC +04:00)

Qadın KİŞİNİ maşında qandallayıb DİRİ-DİRİ YANDIRDI

Hüquq-mühafizə orqanlarının əməkdaşları tanışını avtomobilə qandallayaraq yandıran, bununla da kişiyə qarşı vəhşicəsinə davranan 41 yaşlı Altay diyarının Rubtsovsk şəhər sakinini saxlayıb.

“Qətli törətməkdə şübhəli bilinən 41 yaşlı Rubtsovsk şəhər sakini saxlanılıb və o, ölən 68 yaşlı kişinin onun yaxın tanışı olduğunu izah edib”, - Lent.az Rusiya mediasına istinadla məlumat verir.

Yanmış avtomobil axşam saatlarında Yeqoryevsk rayonunun kəndlərindən birinin yaxınlığında tapılıb. Nəqliyyatın içərisində əlləri qandallı olan kişi cəsədi olub. Müstəntiqlər cinayət işi açıb və tezliklə hadisənin bütün şərait və motivlərini müəyyən edəcəklər.
 

# 4068
avatar

Oxşar yazılar