Ələ keçirilən narkotiklər
11 aprel 2022 11:23 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Narkotik alverçisinin evində HEYRƏTAMİZ MƏNZƏRƏ - VİDEO

Qubada saxlanılan şəxsin evindən külli miqdarda narkotik vasitələr və silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Xucbala kənd sakini Azər Məmmədov saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zaman yarım kiloqramdan artıq narkotik vasitə olan marixuana, əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkisi və onun toxumları, külli miqdarda heroin, tiryək, psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi  aşkar edilərək götürülüb.

Bundan əlavə A.Məmmədovun evindən 2 ədəd tüfəng və onlara aid patronlar, 2 ədəd fərqli silahlara məxsus nişangahlar və 3 ədəd xəncər-bıçaq aşkar edilib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Narkotacirin evində əməliyyat

# 2907
avatar

Mehman Nəbiyev

Oxşar yazılar