Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Babaxanlı Yasamal rayonu ərazisində saxlanılıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, şəxsi axtarış zamanı ondan 6 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.