İtkin düşən məktəbli qızı öldürüb quyuya atıblar
19 iyun 2024 12:24 (UTC +04:00)

İtkin düşən məktəbli qızı öldürüb quyuya atıblar

Rusiyanın Kemerovo vilayətinin Kuzbass şəhərində itkin düşən qızın meyiti quyuda tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 12 yaşlı məktəblinin meyiti zorakı ölüm izləri ilə Komsomolskaya meydanı yaxınlığındakı tərk edilmiş binanın yaxınlığındakı quyuda aşkarlanıb.

İstintaq Komitəsi adam öldürmə maddəsi ilə cinayət işi açıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ancaq onun kimliyi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, məktəbli çərşənbə axşamı səhər saat 10-da ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4731
avatar

Oxşar yazılar