İntim videoya görə əmisi oğlunu öldürdü – Hadisə anının ŞOK GÖRÜNTÜLƏRİ
02 sentyabr 2022 20:15 (UTC +04:00)

İntim videoya görə əmisi oğlunu öldürdü – Hadisə anının ŞOK GÖRÜNTÜLƏRİ

CİNAYƏT İŞİ

Qısa arayış…

2019-cu ilin mart ayında Bakının Yasamal rayonu M. Xiyabani küçəsində, gözəllik salonunun qarşısında bıçaqlanma hadisəsi baş verir. Nəticədə zərərçəkmiş Emin Babaverdiyev ağır yaralanaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilir. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur.

Hadisə olan ərazi

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Laçın rayon sakini 1997-ci il təvəllüdlü Kamil Səttarlı saxlanılır.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

Eminin meyiti

Lent.az sözügedən cinayət hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, Kamil Səttarlı qohumu Emin Babaverdiyevin şəxsiyyəti istintaqa məlum olmayan qızla qeyri-təbii şəkildə seksual xarakterli hərəkətlər etməsi ilə bağlı videogörüntüsünün olmasını bilib, ona bununla bağlı iradını bildirib. Buna görə, Emin fevral ayından etibarən Kamilin telefonuna mesaj göndərərək, onu və ailəsini söyüb. Qisas məqsədi ilə martın 1-i saat 14 radələrində Xiyabani küçəsində, gözəllik salonunun qarşısında Səttarlı bıçaqla Babaverdiyevin bədənin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirməklə, Emini öldürüb.

Kamil Səttarlı istintaq zamanı

Təqsirləndirilən şəxs qismində dindirilmiş Kamil Səttarlı bildirib ki, 2019-cu il fevralın əvvəllərində əmisi oğlu Emin Babaverdiyevin Yeni Yasamalda yerləşən “Playstation” klubunda, kabinetlərin birində naməlum qızla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri orda işləyən Kənan adlı şəxsdən əldə edib:

Kamil Səttarlı

“Həmin videonu izləyərkən Eminin bir qızla cinsi əlaqədə olduğunun gördüm və qohum kimi utandım. Bu barədə özündən soruşanda Emin söyüşlə cavab verərək, elə şey olmadığını dedi. Bunu sübut etmək üçün videogörüntülərin şəklini çəkib İnstagramda Eminə göndərdim. O, həmin şəkilləri görəndə belə hadisənin olduğunu etiraf etdi və qızla intim əlaqədə olarkən özündə olmadığını söylədi. Bir neçə gündən sonra Emin mənə ismarışlar yazaraq, ana və bacı söyüşləri söydü. Əmim oğlunun söyüşləri niyə mənə yazdığını anlamadım. Cavab olaraq Eminə, onu vuracağımı bildirdim. Buna baxmayaraq, dəfələrlə mənə eyni məzmunlu, təhqiramiz mesajlar göndərdiyindən Emini axtarmağa başladım. Qarşıma çıxdığı anda bıçaqla Emini vurub, cavabını qaytarmağı düşündüm. Evdən götürdüyüm bıçağı bu məqsədlə üzərimdə gəzdirirdim. Axırıncı dəfə Emin fevralın 22-də ismarış yazaraq ailə üzvlərimi təhqir etmişdi. Martın 1-i günorta yaşadığım ərazidə, bərbərxananın qarşısından keçəndə Eminin orda saçını kəsdirdiyini gördüm. 45 dəqiqə onun bərbərxanadan çıxmasını gözlədim. Saat 13:40-da Emin ordan çıxdı. Gözəllik salonunun qarşısından keçərkən arxadan yaxınlaşıb sol əlimlə onu özümə tərəf çəkdim. Sağ əlimdəki bıçaqla isə döş qəfəsinə 3 zərbə endirdim. Zərbələrdən ikisinin Eminə dəydiyini hiss etdim. Gözlərinə baxa-baxa onu söydüm və dərhal ordan qaçdım. Bıçağı gödəkcəmin cibinə qoyub yaşadığım evə getdim. Kəsici alətin üzərindəki qanı su ilə yudum. Həyəcanlı olduğumdan bıçağı pəncərədən binanın həyətinə tulladım. Ata-anama Emini bıçaqla vurduğumu dedim və evdən 5 manat pul götürüb küçəyə çıxdım. Ailə üzvlərim təslim olmağımı məsləhət görsə də, onlara başqa yerə gedəcəyimi söylədim. Taksi ilə Xırdalan şəhərinə gedərək, uzaq qohumlarımın evində bir müddət gizlənmək istədim. Lakin yolda olarkən 29-cu Polis Şöbəsinin əməkdaşı zəng edib, harada olduğumu soruşdu və mənə Emin Babaverdiyevin öldüyünü bildirdi. Artıq gizlənməyin mənasız olduğunu anladım. Məhəlləyə çatanda polis əməkdaşları tərəfindən saxlanıldım. Həyətə tulladığım bıçağı tapıb onlara təqdim etdim”.

Emin Babaverdiyev

Zərərçəkmiş şəxsin hüquqi varisi Ələsgər Babaverdiyev ifadəsində göstərib ki, martın 1-i saat 12-də oğlu Emin bərbərxanaya gedib:

“Təxminən saat 15 radələrində digər oğlum Sinan mənə zəng edib Eminin bıçaqlandığını və hazırda Respublika Klinik Xəstəxanasında olduqlarını bildirdi. Qonşuluqda yaşayan Rauf adlı qardaşım oğlu məni xəstəxanaya apardı. Oğlumun Kamil Səttarlı tərəfindən qətlə yetirildiyini öyrəndim”.

Məhkəmə prosesində Kamil Səttarlı ittiham üzrə özünü təqsirli bilib. Amma qeyd edib ki, törətdiyi cinayət əməlindən peşman deyil. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Sətdarlı 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bıçaqlanmanın anbaan videosu

# 19161
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Narkotikə pul tapmadı,  DOSTUNU ÖLDÜRDÜ:  meyitini...

Narkotikə pul tapmadı, DOSTUNU ÖLDÜRDÜ: meyitini...

5 dekabr 2022 , 20:15
Bakıda narkotiklərin əsas tədarükçüsü tutuldu:  POLİSDƏN ƏMƏLİYYAT

Bakıda narkotiklərin əsas tədarükçüsü tutuldu: POLİSDƏN ƏMƏLİYYAT

5 dekabr 2022 , 14:44
Rayonda  ƏMƏLİYYAT  : Bakı və Masallı sakinləri tutuldular

Rayonda ƏMƏLİYYAT : Bakı və Masallı sakinləri tutuldular

5 dekabr 2022 , 13:59
Yollarda daha  5 nəfər öldü

Yollarda daha 5 nəfər öldü

5 dekabr 2022 , 10:38
Kənd sakini sinəsindən bıçaqlandı

Kənd sakini sinəsindən bıçaqlandı

3 dekabr 2022 , 14:03
Beyləqandakı qətliamın YENİ DETALLARI:  Hamısı başından güllələnib

Beyləqandakı qətliamın YENİ DETALLARI: Hamısı başından güllələnib

3 dekabr 2022 , 13:00
Şadlıq sarayının yanında kişini döyüb pulunu aldı

Şadlıq sarayının yanında kişini döyüb pulunu aldı

3 dekabr 2022 , 12:00
Beyləqanda  DƏHŞƏT:   Bir ailənin 4 üzvü niyə öldürüldü? - TƏFƏRRÜATLAR  Lent.az-da - YENİLƏNİB

Beyləqanda DƏHŞƏT: Bir ailənin 4 üzvü niyə öldürüldü? - TƏFƏRRÜATLAR Lent.az-da - YENİLƏNİB

3 dekabr 2022 , 10:22