"İnstagram"da fotoları oğurlayıb, şantaj edəni "Bandotdel" saxladı - VİDEO
08 sentyabr 2022 17:58 (UTC +04:00)

"İnstagram"da fotoları oğurlayıb, şantaj edəni "Bandotdel" saxladı - VİDEO

“İnstaqram”da insanları şantaj edib pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxsin sosial şəbəkələrdə vətəndaşlara məxsus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomantaj vasitəsi ilə əxlaqsız formaya salaraq digər saxta “instaqram” hesablarında yaydığı barədə məlumatlar daxil olub.

Həmin məlumatlar əsasında keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib. Ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvayedici formada paylaşıb.

Daha sonra Yaşar Məmmədov həmin şəkillərin sahibləri ilə sosial şəbəkə üzərindən əlaqə yaradıb özünü kompüter proqramçısı kimi qələmə verərək “köməyini” təklif edib. Yaşar Məmmədov şəkillərin sosial şəbəkələrdən silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona məxsus bank kartlarına köçürülməsini istəyib.

Bu yolla Yaşar Məmmədovun 50-ə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi məlum olub.

Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. Yaşar Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Sonda bir daha vətəndaşların sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, şübhəli keçidlərə keçməməyə və real həyatda  tanımadıqları şəxslərlə ünsiyyət qurmaqdan çəkinməyə çağırırıq.

"İnstagram"da fotoları oğurlayıb, şantaj edəni "Bandotdel" saxladı

# 3300
avatar

Mehman Nəbiyev

Oxşar yazılar