Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 28 qramdan artıq heroin, 50 qramdan artıq marixuana, 50 ədəd metadon və 50 ədəd tramadol həbləri aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə Z.Məmmədova narkotik vasitəni satmaqda şübhəli bilinən paytaxt sakini Z.Quliyev də saxlanılıb. Şəxsi axtarış zamanı ondan 14 qramdan artıq heroin, 12 qramdan artıq metamfetamin, yaşadığı mənzilə baxış zamanı isə oradan 1 kiloqramdan artıq heroin, 2 kiloqrama yaxın metamfetamin, 130 qramdan artıq tiryək, 198 qramdan artıq həşiş qətranı, 110 qrama yaxın marixuana, 700 ədəd metadon, 300 ədəd tramadol həbləri, 2 ədəd elektron tərəzi və narkotik vasitənin dövriyyəsindən əldə edilmiş 5000 manat pul aşkar edilərək götürülüb.
Araşdırma aparılır.