Gəncədə bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, naməlum şəxs şəhər sakini Fizuli Məmmədovun bud və kürək nahiyəsinə bıçaqla xəsarət yetirib. Daha sonra o, hadisə yerindən qaçıb.
Daxil olan məlumatla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Qabil Nağıyev saxlanılaraq, istintaqa təhvil verilib.
Araşdırma aparılır.