Oğurluq edən Orxan Həsənov və Ağakərim Mahmudov
29 mart 2021 11:49 (UTC +04:00)

Oğurluq edən Orxan Həsənov və Ağakərim Mahmudov

Evlərdən 24 min manata yaxın oğurluq etdilər

Şamaxıda evlərdən oğurluq edənlər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən fərdi yaşayış evindən 3000 dollar və 1600 manat pulun oğurlanması ilə bağlı daxil olmuş müraciət əsasında polis əməkdaşları  əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov və Şamaxı şəhər sakini Ağakərim Mahmudov tutulub.

Araşdırma zamanı saxlanılan A.Mahmudovun daha bir cinayət əməlinin üstü açılıb. Onun vətəndaş Nurlan Heydərovla qabaqcadan əlbir olaraq daha bir mənzildən 12000 manat pul və 5400 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

# 1356
avatar

Mehman Nəbiyev

Oxşar yazılar