Evinə qapı-pəncərə sifariş etdi, nə usta var, nə pul...
31 mart 2021 12:45 (UTC +04:00)

Evinə qapı-pəncərə sifariş etdi, nə usta var, nə pul...

Bakı sakininə qarşı dələduzluq edilib.

Bu barədə Lent.az-a zərərçəkmiş Adil Məlikov özü məlumat verib. O bildirib ki, bu il fevralın əvvəli Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınlığında qapı-pəncərə sexində usta işləyən Əvəz Əliyevə plastik qapı-pəncərə sifariş edib. Bunun üçün ona 1500 dollar (təxminən 2550 manat) pul ödəyib. Ə.Əliyev sifarişin fevralın 20-ə çatdıracağını desə də, hələ ki, ortada nə sifariş edilən qapı-pəncərə, nə də pul var.

Dələduzluğa məruz qaldığını bildirən A.Məlikova isə həmin ustanın narkoman olduğunu və hazırda Maştağadakı xəstəxanaların birində müalicə aldığını deyiblər. O, həmçinin indi də sifariş verilən sexdə dələduzluq etdiyi iddia edilən şəxsin qohumu işlədiyini bildirib. Zərərçəkmişin sözlərinə görə, qapı-pəncərə sexində usta işləyən Ə.Əliyev dostunun tanışı imiş.

Faktla bağlı yerli polis orqanına müraciət edilib, araşdırma aparılır.

# 1911
avatar

Mehman Nəbiyev

Oxşar yazılar