Ərinin qatilini öldürdü,   mafiya qrupunun  ilk qadın rəhbəri idi:   Vəfat etdi
31 dekabr 2021 17:55 (UTC +04:00)

Ərinin qatilini öldürdü, mafiya qrupunun ilk qadın rəhbəri idi: Vəfat etdi

1950-ci illərin ortalarında ərinin qatilini öldürdükdən sonra məşhurlaşan keçmiş gözəllik müsabiqəsinin qalibi Assunta Mareska 86 yaşında vəfat edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, Neapolitan mafiyasının ilk qadın lideri idi.

Mareska ərinin qətlini sifariş edən yüksək rütbəli “Kamorra”nın üzvü Antonio Espositonun izinə düşəndə 18 yaşında və altı aylıq hamilə idi. Onu Neapol küçəsində güllələyib və məhkəmədə bunu yenə də edə biləcəyini bildirib.

İstintaq atəş açanın bir neçə nəfər olduğunı ehtimal edirdi, lakin Pupetta ("Kukla") ləqəbi ilə tanınan Assunta Mareska mafiya aləmində mövqeyini möhkəmləndirmək istəyən tək qatilin o olduğunu iddia edir.

Mareska həbsxanada uşaq dünyaya gətirir. O, oğlu Pasqualino ilə azadlığa çıxdıqdan cəmi 14 il sonra görüşür. Neapolun cinayət həyatında fəal iştirak etməyə davam edir və onun digər ləqəbi Madam Kamorra idi.

Sonra Mareska silah və narkotik satıcısı Umberto Ammaturo ilə yaşamağa başlayır, onların əkizləri olur. Bununla belə, “Kukla”nın sevgilisi Neapolitan mafiyasında möhkəmlənməyə ümid edən böyük oğlunu istəyini bəyənməyib.

1974-cü ildə Pasqualino Ammaturo ilə görüşə gedir və yoxa çıxır. Anası sevgilisinin oğlunu öldürməsindən şübhələnir. Daha sonra o, Ammaturo ilə daim mübahisə etdiyini, lakin ortaq övladlarına görə onu tərk etmədiyini söyləyib.

Mareska daha sonra Rafaele Kutolo tərəfindən yaradılmış rəqib qrup olan “Kamorranın yeni təşkilatı”nın üzvü Çiro Qalinin qətlində əli olmaqda şübhəli bilinir. 

1982-ci ildə Mareska və Ammaturo bir alim və neofaşistin qətlinə görə həbs olunurlar. “Kukla” dörd il dəmir barmaqlıqlar arxasında qalır və sərbəst buraxılır.

O, xəstəlikdən sonra Kastellammare-di-Stabiyadakı evində vəfat edib.


 

# 5535
avatar

Oxşar yazılar