Dəstə qurub 3 nəfəri öldürən deputatın məhkəməsi başlayır
16 fevral 2023 17:31 (UTC +04:00)

Dəstə qurub 3 nəfəri öldürən deputatın məhkəməsi başlayır

Rusiyanın Qaraçay-Çərkəzdə respublika Milli Assambleyasının hazırkı deputatı Marat Kumukov və onun əlaltıları Daut Temirliev və Xasan Xubiyev qətl işi üzrə məhkəmə qarşısına çıxarılacaqlar.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (“Banditizmlə əlaqəli mütəşəkkil dəstənin tərkibində törədilmiş iki və ya daha çox şəxsi öldürmə”) ilə ittiham olunurlar.

Məlumata görə, 2004-cü ilin mayında Kumukov, Temirliev və Xubiyev də daxil olmaqla 7 nəfər 3 yerli sakini qətlə yetirib. Temirliev və Xubiyev hazırda digər ağır cinayətlərə görə cəzaçəkmə müəssisəsində cəza çəkirlər. İbtidai istintaq mərhələsində təqsirləndirilən üç nəfər təqsirli olduqlarını etiraf ediblər.

Cinayətin ortaqları Nauruz Çerkasov və Aslan Qloov 2013-cü ildə dünyasını dəyişib. Daha iki nəfər, Artur Tibuev və Əli Botçayev beynəlxalq axtarışa verilib.

# 2013
avatar

Oxşar yazılar