Daha bir "patı" alverçisi tutuldu -  FOTO
16 avqust 2021 17:51 (UTC +04:00)

Daha bir "patı" alverçisi tutuldu - FOTO

Şirvanda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini, 45 yaşlı Fəxrəddin Mirzəyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı "patı" və "şüşə" adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Mehman Nəbiyev

Oxşar yazılar