Cəlilabadda DƏHŞƏT:  yeznə 25 yaşlı qaynının qanını tökdü
16 fevral 2023 15:27 (UTC +04:00)

Cəlilabadda DƏHŞƏT: yeznə 25 yaşlı qaynının qanını tökdü

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Samir Əsgərov qayını, 1998-ci il təvəllüdlü Nizami Əliyevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S.Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

# 2283
avatar

Oxşar yazılar