Borca görə axtarılan 57 nəfər tutuldu: Ölən də var -  KRİMİNAL XRONİKA
14 sentyabr 2022 11:31 (UTC +04:00)

Borca görə axtarılan 57 nəfər tutuldu: Ölən də var - KRİMİNAL XRONİKA

Sentyabrın  13-də ölkə ərazisində qeydə alınan 101, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 64, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.

# 2388
avatar

Mehman Nəbiyev

Oxşar yazılar