Orxan Şahbazov
30 dekabr 2021 09:44 (UTC +04:00)

Orxan Şahbazov

"Beerlin Pub"da müştərini döyüb öldürən idmançı HAKİM QARŞISINDA

"Beerlin Pub"da müştərini döyüb öldürən mühafizəçi Orxan Şahbazovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, avqustun 30-da saat 8:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlu aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Beerlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə V.Mustafayevin xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib.

O, sosial şəbəkələrdə kifayət qədər tanınır. O. Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Həmçinin Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıya səfəri zamanı onun təhlükəsizliyinə cavabdeh olub. 

Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib. 

# 1959
avatar

Mehman Nəbiyev

Oxşar yazılar